Azərbaycan elminə ağır itki üz verib.
Hafta.az xəbər verir ki, görkəmli kimyaçı alim, "Şöhrət" ordenli, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun baş elmi işçisi, Əjdər Məcidov 88 yaşında vəfat edib.
1938-ci ildə Bakıda anadan olan akademik ömrünü elmə həsr edib. O, uzun illər kimya sahəsində fundamental tədqiqatlar aparıb, koordinasiya birləşmələri, katalitik sistemlər və paramaqnit metal kompleksləri üzrə mühüm elmi nailiyyətlər əldə edib. Əjdər Məcidov 400-dən çox elmi əsərin, 27 müəlliflik şəhadətnaməsinin müəllifi olub, rəhbərliyi ilə 30 elmlər namizədi və 2 elmlər doktoru yetişib.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilən alim 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.